AZ

Yens Stoltenberq Lloyd Ostinlə görüşüb

NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ-ın müdafiə naziri Lloyd Ostin paytaxt Vaşinqtonda keçiriləcək NATO sammitindәn әvvәl görüşüblər.

Fins.az xəbər verir ki, NATO-nun yaydığı bәyanata görә, Yens Stoltenberq Lloyd Ostinə Ukrayna mәsәlәsi ilə bağlı güclü liderliyinə görə təşəkkür edərək deyib: "Bu, həqiqətən bir fərq yaratdı və hamımızın Ukraynaya görünməmiş dəstək verməsini təmin etdi".

Rusiyanın Ukraynanın paytaxtı Kiyevdəki uşaq xəstəxanası da daxil olmaqla müxtəlif bölgәlәri hədəf alan hücumlarını qınadığını ifadə edən Yens Stoltenberq alyansa üzv ölkәlәrin NATO-nun Ukraynaya dəstəyini daha da gücləndirəcək qərarlar verəcəyini bildirib.

Yens Stoltenberq sammitdә  çəkindirmə və müdafiə mövzularının da müzakirə ediləcəyini qeyd edərək deyib: "Alyansa üzv dövlәtlәr hər hansı bir təcavüzkarın qarşısını almağa davam etmək üçün lazımi qüvvələrə, hazırlıqlara və imkanlara sahib olduqlarını göstәrәcәklәr’’.

Lloyd Ostin isә öz növbәsindә Yens Stoltenberqə ABŞ Müdafiə Nazirliyinin xarici vətəndaşlara verə biləcəyi ən yüksək mükafatı təqdim edib.

Kaira Agayeva 

Fins.az

Seçilən
115
8
fins.az

10Mənbələr