AZ

Dövlət Komissiyasında yeni təyinat

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında yeni təyinat olub.

Olaylar qurumun saytına istinadən xəbər verir ki, Dövlət Komissiyasının katibi vəzifəsinə Qəzənfər Rövşən oğlu Əhmədov təyinat alıb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Rövşən Əhmədov Bakıda anadan olub.

Bu təyinatadək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) direktor, Dövlət Təhlükəsizliyi Xidmətində Xidmət rəisinin müşaviri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2018-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Evlidir, 3 övladı var.

Xatırladaq ki, Q.Əhmədovdan əvvəl bu vəzifədə İsmayıl Axundov çalışırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
10
olaylar.az

10Mənbələr