AZ

“Qarabağ” “Kayzerslautern”ə məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün ilk yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk matçında Almaniyanın “Kayzerslautern” kollektivi ilə qarşılaşıb.

Görüş Almaniya klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci Bundesliqa təmsilçisindən Yannis Hoyer (23), Marlon Ritter (39) və Boris Tomyak (47) fərqləniblər.

Ağdam klubunun yeganə qolunu isə 70-ci dəqiqədə Emin Cəfərquliyev rəqib qapısından keçirib. 44-cü dəqiqədə Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Azərbaycan çempionu bu gün daha bir yoxlama oyunu keçirəcək. Günün ikinci görüşündə ağdamlıların rəqibi Çexiyanın “Viktoriya” (Plzen) komandası olacaq. Bu oyuna saat 20:00-da start veriləcək.

Xatırladaq ki, “Qarabağ”ın Tirolda bütövlükdə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
8
arena.az

10Mənbələr