AZ

“İki sahil” 34 yaşına xoş ovqatda qədəm qoyur

Bakı. Trend:

“İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru,professor, Əməkdar jurnalist Vüqar Rəhimzadə www.yap.org.az saytınamüsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Vüqar müəllim, rəhbərlik etdiyiniz “İki sahil” qəzetininilk nömrəsinin işıq üzü görməsindən 33 il ötür. 33 il zamanbaxımından çox da böyük olmasa da “İki sahil”in yarandığı dövrüntəhlili əsasında sanki bir əsrə bərabər yol keçdiyini deyə bilərik.“İki sahil”in keçdiyi 33 illik yolu necə xarakterizəedərdiniz?

-Hər bir əlamətdar tarix bir hesabat xarakteri daşıyır. Bu gün33 yaşlı “İki sahil”i 1991-ci ilin 10 iyul tarixində yenicə nəşrəbaşlayan “İki sahil” ilə müqayisə etdikdə keçilən yol hər bir “İkisahil”çidə böyük qürur hissi yaradır. “İki sahil” dövlətmüstəqilliyini yenidən bərpa edən Azərbaycanın keçdiyi yolunbələdçilərindən biridir. Bununla bərabər onu da qeyd etməliyik ki,“İki sahil” qəzeti yarananda Azərbaycan hələ dövlət müstəqilliyinibərpa etməmişdi. İstər müstəqilliyimizin bərpasına qədərki, istərsədə müstəqilliyimizin bərpasının ilk illəri olduqca ağır günlər idi.Müstəqil mətbuatın fəaliyyətindən danışmaq qeyri-mümkün idi. Bu,böyük qətiyyət, cəsarət tələb edirdi. Senzuranın tüğyan etdiyi birzamanda “İki sahil” qəzetini böyük çətinliklə yaratdıq. Bu, birdaha təsdiqlədi ki, məqsəd varsa, ona nail olmaq üçün bütünçətinliklərə rəğmən addımlar atılacaq. Artıq o çətinliklər arxadaqalıb. Müstəqil Azərbaycanın yaşıdı olan qəzetimiz ötən dövrdəzəngin inkişaf yolu keçib və ölkəmizin çoxsaylı mətbu orqanlarısırasında özünəməxsus yer tutub, ən əsası tutduğu yola, əqidəyəsadiqlik nümayiş etdirib və etdirir. Bu illər ərzində qəzetin nəşrformatı, dövriliyi, dizaynı dəyişsə də, respublikamızınictimai-siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrini dolğunşəkildə işıqlandırmaq, oxuculara ölkə və dünyada baş verənhadisələrlə bağlı dolğun məlumatlar çatdırmaq məramı dəyişməzolaraq qalır. Çoxsaylı mətbu orqanlar arasında özünəməxsusluğuqorumaq, geniş oxucu auditoriyası qazanmaq böyük xoşbəxtlikdir.“İki sahil” gənclik illərinin mükəmməl dövrünü yaşayır. Hər dövrünöz tələbi, çağırışları vardır. Oxucuların yazılı və elektronmətbuatdan gözləntiləri daim zamana görə dəyişir. Bunun üçün yolaçıxdığımız ilk gündən oxucuların informasiya tələbatını dahadolğun, obyektiv və qərəzsiz ödəməyə çalışmışıq. İlk gündənqazandığımız inam, güvən sonrakı fəaliyyətimizə, daim axtarışdaolub yeniliklərlə, təkmilləşmə ilə diqqətdə olmağımıza stimuloldu.

Bu gün müasir müstəqil, qalib Azərbaycanın mətbu orqanlarısırasında xüsusi yer tutmağımızdan qürurluyuq. 4 il öncəyə qədərqəzetimiz üçün bu əlamətdar tarixi qeyd edərkən belə bir arzunuifadə edirdik ki, torpaqlarımızın işğaldan azad edilməsinin, ərazibütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin müjdəçisiolmaq istərdik. Artıq bu arzumuz da dövlətimizin qətiyyəti,Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilərəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın “dəmir yumruq” kimibirliyi sayəsində reallığa çevrildi. 4 ilə yaxındır ki, tarixiZəfərimizin reallıqlarını yaşayırıq. Müstəqillik tariximizin Zəfərsəhifələrinin sayı artır. Bu gün ölkəmiz bütövləşmiş Azərbaycanolaraq işğaldan azad edilmiş ərazilərində genişmiqylıbərpa-quruculuq işlərini həyata keçirir. Qarabağımız, ŞərqiZəngəzurumuz dirçəlir. Ötən ilin 20 sentyabr tarixindəsuverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yenidövr başladı. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə AzərbaycanBayrağını ucaldan Prezident İlham Əliyev son 20 ildə verdiyi bütünvədlərin yerinə yetirildiyini böyük qürur hissi ilə qeyd etdi.Azərbaycanın hər bir uğuru, dövlətimizin uğurlu siyasəti “İkisahil” qəzetinin səhifələrində geniş təhlil edilərək dolğun şəkildəictimaiyyətə çatdırılır. Tarixi Zəfərimizdən, şanlı Qələbədənsonrakı dövrün reallıqlarından böyük qürur hissi ilə bəhs edirik.Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondunölkəmizin hərtərəfli inkişafına böyük töhfə olan layihələrininuğurları qəzetimizdə geniş işıqlandırılır. Hazırda Fond işğaldanazad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləriçərçivəsində tarixi və dini abidələrimizin bərpası istiqamətindəgördüyü işləri ilə diqqətdədir. Həyata keçirilən hər bir layihəbugünümüz və gələcəyimiz üçün önəmlidir. Müzəffər Ali Baş Komandanİlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azadedilmiş ərazilərimizə davamlı səfərləri daim “İki sahil”in qürurlabəhs etdiyi tarixi məqamlar sırasındadır.

Hər birimizin həyatında, fəaliyyətində Zəfərimizin rolunugörməmək mümkün deyil. Bu gün tamamilə fərqli bir ab-havanı, ovqatıyaşayırıq. Son bir illik fəaliyyətimizə, hər gün oxucularınıngörüşünə gələrək onların informasiyaya olan tələbatını ödəməyəçalışan “İki sahil”in səhifələrində yer alan məqalələrə, analitikyazılara diqqət yetirsək Azərbaycanımızın yeni dövrün hədəflərinədoğru inamla addımladığını görərik. Zəfərimizin reallıqları bütünsahənin inkişafında özünü göstərir. Təbii ki, ictimai fikrinformalaşmasında, həqiqətlərimizin təbliğində əsas missiyanı yerinəyetirən mətbuatın bu yeniliklərdən, təkmilləşmədən kənarda qalmasımümkünsüzdür. Qalib Azərbaycanın mətbuatının da qarşısında yenihədəflər dayanır. “Media haqqında” Qanunun qəbulu, burada əksinitapan və yeniliyə çağırış olan hər bir müddəanın uğurlu icrası üçündigər mətbu orqanlar kimi, “İki sahil” də Zəfərimizin reallıqlarınauyğun şəkildə yeniləndi. Qəzetimizi yeni formatda təqdim edirik.Yeni format yeni tələbdirsə, bu da öz növbəsində onu ərsəyəgətirən, sabah üçün oxucusuna zəngin məlumatlar təqdim etməsinəyardımçı olan hər bir əməkdaşımızın, ümumilkdə kollektivinqarşısında böyük məsuliyyətdir. Göründüyü kimi, bir-biri ilə sıxbağlı olan bu proseslərin uğurla yerinə yetirilməsi sonda təkmilməhsulun təqdimatında öz əksini tapır. “İki sahil”in səhifələrindəmüasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər HeydərƏliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirənPrezident İlham Əliyevin yeniliyi, təkmilləşməni özündə ehtiva edənsiyasəti nəticəsində qazanılan uğurlar, cəmiyyətin avanqard qüvvəsiolan, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan YeniAzərbaycan Partiyasının Proqram və Nizamnaməsinə uyğun olaraqatdığı addımlar, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar,iqtisadi inkişafımızı şərtləndirən yeni neft strategiyasının uğurlahəyata keçirilməsində öz payı olan SOCAR-ın və onun strukturlarınıngördüyü işlər, bir sözlə, Azərbaycanın daha da inkişafına yönələnxidmətləri öz əksini tapır. Dövlətə, dövlətçiliyə xidmət “İkisahil”in fəaliyyətinin əsas prinsipidir. Qəzetimizin manşetinəçıxarılan xəbərlər Azərbaycanın uğurlarının zirvəsində dayanantarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında görülən işlərdən,dövlətimizin atdığı Qələbə ruhlu addımlardan keçirdiyimizxoşbəxtlik hissinin təqdimatlarıdır. Qələminə, yazdığı hər birinformasiyanın dəqiqliyinə məsuliyyətlə yanaşan, analitik yazılarıninformasiya bolluğunu qərəzsiz, obyektiv şəkildə təmin edənəməkdaşlarımızın birgə səyləri nəticəsində ərsəyə gələn “İki sahil”oxucu auditoriyasının genişliyindən məmnundur. Bizə bu sevginiqazandıran çıxdığımız yolda bütün çətinliklərə rəğmən tutduğumuzmövqeyə, əqidəyə sadiq olmağımızdır.

33 illik yolu bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür.Əsas olan budur ki, atılan hər bir addımın başlanğıcındaçətinliklər olsa da bu, bizi yolumuzdan döndərmədi, əksinə dahacəsarətli, qətiyyətli olmağa səslədi. Hədəflərə addım-addımirəliləyirik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, UluÖndər Heydər Əliyevin “İki sahil” qəzetinin fəaliyyətinə verdiyidəyəri hədəflərimizin əsası, məsuliyyətimizi daha da artırmağaçağırış kimi qəbul edirik. Ulu Öndər Heydər Əliyev 1994-cü ilnoyabrın 19-da Yeni Azərbaycan Partiyasının yaradılmasının ikiilliyinə həsr edilmiş ümumrespiblika müşavirəsində nitqindədemişdir: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəmki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni AzərbaycanPartiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İkisahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanıgötürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrıvətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşıfəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksəkqiymətləndirirəm.”

- Vüqar müəllim, dövlətə, dövlətçiliyə xidmətifəaliyyətinin əsası kimi qəbul edən “İki sahil” Ümummilli LiderHeydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasınıngördüyü işlərin təbliğatçısı kimi də diqqətdədir…

- “İki sahil” qəzeti bu gün cəmiyyətdə böyük nüfuza malik olan,ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni AzərbaycanPartiyasının yaradılması ilə bağlı 91 nəfər ziyalının dahişəxsiyyətə müraciətindən bu günədək hər zaman partiyanın çoxşaxəlifəaliyyətinin təbliğatçısı olub. Azərbaycanı müstəqilliyininbərpasının ilk illərinin xaosundan, anarxiyasından xilas edərəkmüstəqilliyini dönməz, sarsılmaz edən Ümummilli Lider HeydərƏliyevin adı ilə bağlı olan partiyanın təbliğatçısı olmaq qürurdur.“İki sahil” Yeni Azərbaycan Partiyasının dünənin, bu günün vəgələcəyin partiyası olduğunu, tarixin sınaqlarından şərəflə çıxaraqcəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, YAP-a xidmət etməyinxalqa, dövlətə xidmət etmək olduğunu əsaslı şəkildə analitikyazılarla, partiyanın yarandığı dövrün canlı şahidlərininxatirələri əsasında indiki və gələcək nəsillərə çatdırır. Əsasməqsəd bu tarixi əbədi yaşatmaqdır. Dövlət başçısı İlham Əliyevtarixi Zəfərimizin reallıqları əsasında keçirilən partiyanın VIIqurultayında belə bir çağırışı etdi ki, o dövrü bilməyən, o vaxtyaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyiqoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev ovaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaqkiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkəkimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundansonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necəki, bu vaxta qədər qurmuşuq.

“İki sahil” Yeni Azərbaycan Partiyasının yaranmasından sonrarayon və şəhər təşkilatlarının formalaşmasını, təşkilatlanmaprosesini yaxından izləyərək ötən dövr ərzində onların hər birininfəaliyyətini geniş şəkildə işıqlandırır. Ölkədə keçirilən bütünseçki proseslərində YAP-ın zəngin təcrübəsinin, malik olduğuənənələrin təbliğində fəal iştirak edir. Partiyanın yarandığıdövrün reallıqlarına uyğun olaraq “Yeni Azərbaycan uğrunda” deviziəsasında təsdiqlənən Proqramın icrası istiqamətində görülən işlərintəbliği bu gün “Biz birlikdə güclüyük!” şüarını özündə əks etdirənyeni sənədin icrasına bələdçiliklə əvəzlənir. Tarixi Zəfərimizinreallıqları fonunda keçirilən VII qurultay partiyanın həyatındayeni bir mərhələnin əsasını qoydu. Yeni tərkib formalaşdı, yeniNizamnamə qəbul edildi. YAP-ın Veteranlar Şurası yaradıldı. MəqsədVeteranlar Şurasında təmsil olunan həmin dövrün şahidləriningəncləri dolğun məlumatlandırmasıdır. YAP yarandığı gündən tutduğuyola sadiqdir. “Biz birlikdə güclüyük!” çağırışı partiyanınsıralarında birləşən 800 minə yaxın üzvü daha da sıx birləşdirir.“İki sahil” olaraq çətin, eyni zamanda, şərəfli yol keçən, ümumxalqpartiyası kimi nüfuz qazanan partiyanın gördüyü işləri daha genişşəkildə ictimaiyyətə çatdırmağa səy göstəririk. YAP nəinkiAzərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

- Qeyd etdiyimiz kimi, hər dövrün öz tələbi, çağırışlarıvardır. “İki sahil” bu tələblərə uyğun olaraq fəaliyyətində hansıyeniliklərə nail olub?

- Mətbuatın əsas prinsiplərinə uyğun olaraq cəmiyyətininformasiya tələbatını dolğun şəkildə ödəmək əsashədəflərimizdəndir. “İki sahil” Azərbaycanın müstəqillik tarixininhər bir mərhələsinin, dövrünün reallıqlarının güzgüsü olmaqlayanaşı, həm də carçısı, təbliğatçısıdır. Qeyd etdiyimiz kimi, “İkisahil” Azərbaycanın ən çətin dövründə işıq üzü gördü. Bütünçətinliklərə baxmayaraq həmin dövrün reallıqlarını ictimaiyyətəçatdırmaqdan çəkinmədi. Tutduğu yola sadiq qalaraq məqsəd vəməramına doğru qətiyyətlə addımladı. O dövrdə “İki sahil” özsəhifələrində reallıqları olduğu kimi oxuculara çatdıraraq,Azərbaycanın xilaskarının Ümummilli Lider Heydər Əliyev olduğunuqətiyyətlə bəyan edirdi. Azərbaycan xalqının böyük əksəriyyətininistəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ulu Öndər HeydərƏliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti qəzetinsəhifələrində yer aldı. Müstəqilliyimizin bərpasının ilk illərindəAzərbaycanın yaşadıqları məlumdur. Azərbaycan müstəqilliyini, birdövlət olaraq varlığını itirmək təhlükəsini yaşadı. Canından artıqsevdiyi Azərbaycanın yaşadıqları Ümummilli Lideri narahat etməyəbilməzdi. O, hər zaman çətin anlarda xalqının, dövlətinin yanındaolmuşdu. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidlitələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatında başverən dəyişikliklər, inkişaf, tərəqqi mətbuatdan da yan keçmədi.Dövlətin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlardavamlı xarakter aldı. 1993-cü ildən müasir müstəqil Azərbaycanınhəyatında baş verən hər bir yenilik, təkmilləşmə mətbuatda daözünün aydın ifadəsini tapır.

“İki sahil” daim yenilikləri öz fəaliyyətində tətbiq etməyə,uğur səhifələrini daha da zənginləşdirməyə səy göstərir. Qəzetin“ikisahil.az” internet saytı fəaliyyət göstərir. Daim zamanıntələblərinə uyğun olaraq yenilənir. “İki sahil” İnternetTeleviziyası da fəaliyyət göstərir. Günümüzün aktual məsələləriətrafında YAP funksionerlərinin, neft-qaz sənayesi üzrəekspertlərin, millət vəkillərinin, siyasi ekspertlərin,politoloqların iştirakı ilə müsahibələr təşkil edilir, ölkədə vədünyada baş verən proseslərin mahiyyəti ətraflı şəkildəictimaiyyətə çatdırılır. Yeni texnologiyaların inkişaf və tətbiqedildiyi hazırkı dövrdə müasir tələbatın ödənilməsi üçün üzərimizədüşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Təbiiki, cəmiyyətin istəklərini, tələbatını hansı səviyyədə ödəyiriksəbunu 33 illik yolun uğurları açıqlayır.

- Vüqar müəllim, müasir tələblərdən söz düşmüşkən bilməkistərdik ki, “İki sahil”də gənclərin potensial imkanlarındanistifadə hansı səviyyədədir?

- Bütün dövrlərdə gənclərin potensial imkanlarından, müasirdünyagörüşlərindən, yeniliyə, təkmilləşməyə daha çox maraqgöstərərək ortaya qoyduqları yeni ideyalardan bəhrələnməyə xüsusidiqqət göstərilir. “İki sahil” 1991-ci ildə kiçik bir kollektivləyola çıxdı. 33 ildə ailənin tərkibi daha da genişləndi.Qürurvericidir ki, “İki sahil”in yetirmələrinin səsi bu günayrı-ayrı nüfuzlu mətbu orqanlarından, müxtəlif strukturlarınmətbuat xidmətlərindən gəlir. “İki sahil” gənclər üçün birməktəbdir. Qəzetimizdə gənclərin dinamizmi ilə yaşlı nəslintəcrübəsi arasında vəhdət yaradılır. Bu vəhdət uğurlarımızda özsözünü deyir.

- “İki sahil” 34 yaşına hansı hədəflərlə qədəmqoyur?

- Hədəf inkişafın davamlılığının təmin edilməsində stimulvericiamildir. Dövlətimizin başçısı İlham Əliyevin “Hər dövrün öztələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşayabilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır.Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənaraqoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı,imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturubbütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək,onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanıqabaqlamalıyıq” çağırışını fəaliyyətimizin əsas prinsipi kimi öndəsaxlayaraq daim irəliyə doğru addımlamağa səy göstəririk. Təbii ki,zaman dəyişir, qarşıya yeni tələblər qoyulur. Yeni dövrün yenitələblərini yüksək səviyyədə cavablandırmaq üçün daim yeniliklərəaçıq olmaq, jurnalist peşəkarlığını artırmaq, məsuliyyət hissinidaha dərindən dərk etmək bir tələb kimi qarşıda dayanır. Ölkəmizdəazad mətbuatın inkişafı istiqamətində davamlı addımlar atılır.Mətbuatın inkişaf səviyyəsi dövlətin inkişafının göstəricisidir.1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbiilə hakimiyyətə qayıdışından sonra demokratik təsisatların inkişafıistiqamətində atılan addımların son 20 ildən artıq dövrdə Prezidentİlham Əliyev tərəfindən uğurla davam etdirilməsi günümüzünreallıqlarında özünün aydın ifadəsini tapır. 1998-ci ildə ÜmummilliLiderin Fərmanı ilə ölkəmizdə senzuranın ləğvi, söz, mətbuatazadlığının təminatı üçün lazımi şəraitin yaradılması, müstəqilmətbuatın inkişafına dövlət dəstəyinin günbəgün artırılması hazırkıdövrdə sosial şəbəkələrin məkan və əhatə dairəsini genişləndirir.İnternet resurslarından istifadənin qlobal xarakter aldığı müasirdünyamızda strateji vəzifə milli informasiya məkanının qorunması,operativliyin, dəqiqliyin təminatıdır.

Qeyd etdiyimiz kimi, “İki sahil” olaraq daim dövrünçağırışlarını yüksək səviyyədə yerinə yetirməyə çalışırıq.Dövlətimizin mətbuata diqqət və qayğısını qəzetimiz də daim özüzərində hiss edir. Bir qrup əməkdaşımız fəxri adlarla vəmedallarla təltif olunub. Bu diqqət və qayğını ümumilikdə “İkisahil”in fəaliyyətinə verilən dəyər kimi qəbul edirik.Uğurlarımızın əsasında məsuliyyət, mətbuatın qarşısında dayananprinsiplərə böyük hörmət dayanır.

Əvvəldə də qeyd etdiyimiz kimi, hədəflərə addım-addımirəliləyirik. Bütün ərazilərimizdə suverenliyimizin tam bərpasındansonra ölkəmizin həyatında yeni dövr başlayıb. Bu dövrün başlanğıcıolan 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezidentseçkilərində inamlı qələbə qazanan möhtərəm İlham Əliyevin qeydetdiyi kimi, yeni dövrün yeni hədəfləri olmalıdır. Son 20 ildəverilən bütün vədlər yerinə yetirildi. Xalqımızın torpaq həsrətinəson qoyuldu. Soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarınaqayıdırlar. 4 şəhər və 4 kənd sakinlərinə qovuşub. Böyük QayıdışProqramının birnci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140min soydaşımızın qayıdışı nəzərdə tutulub. Təbii ki, uğurlarımızdavamlıdır. Möhkəm təməl uğurların davamlılığını şərtləndirir.Qarabağın, Şərqi Zəngəzurun ardınca Qərbi Azərbaycana daqayıdışımızın müjdəçisi olmağı arzu edirik. Xalqımız tam əmindirki, dövlətimizin qətiyyəti, tarixi ədalətə və beynəlxalq hüquqasöykənən siyasətimiz nəticəsində bu istəyimiz də reallığaçevriləcək.

33 il zəngin bir yol, gələcək üçün böyük stimuldur. “İki sahil”34 yaşına xoş ovqatda qədəm qoyur. Qalib, bütöv Azərbaycanın mətbuorqanları sırasında özünəməxsus yer tutmaq böyük şərəfdir. Daimfəaliyyətmizlə bu yerimizi qorumağa çalışacağıq. 33 il gələcəyədaha böyük inamla addımlamağa əsas verir.

-“İki sahil” təsisçisi olan SOCAR-ın fəaliyyətini necəişıqlandırır?

- Qəzetimiz SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. Digərsahələr kimi, enerji diplomatiyamızın uğurları da qəzetimizdəmütəmadi işıqlandırılır. Azərbaycan tarixən neft ölkəsi kimi nüfuzqazansa da hazırda qaz, elektrik enerjisi ixracatçısı kimi dətanınır. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə verilənönəm Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətininnəticəsidir. “Əsrin müqaviləsi” həm ölkəmizin, həm də neftsənayesinin inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. Yenineft strategiyasının uğurla həyata keçirilməsində SOCAR-ın öz payıvardır. “İki sahil” daim şirkətin və onun strukturlarının həyatakeçirdiyi tədbirləri, uğurlu nəticələrini ictimaiyyətə çatdırır.Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlər iştirakçısıvə təşəbbüsçüsü olduğumuz layihələrin uğurlu icrasının nəticəsidir.Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. “Əsrinmüqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini daha damöhkəmləndirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasıbunun bariz nümunəsidir. Enerji siyasətinin məntiqi davamı kimidəyərləndirilən qeyri-neft sektorunun inkişafı da “Əsrinmüqaviləsi”nin uğurudur. İqtisadiyyatımızın düzgün əsaslar üzərindəqurulması Azərbaycanın qarşısına qoyduğu hədəflərə doğru inamlaaddımlamasında əhəmiyyətli rol oynayır. Azərbaycan böyükinvestisiyalar məkanı kimi diqqət mərkəzindədir. Bu mühüm məqamıxüsusi qeyd etməliyik ki, SOCAR həyata keçirdiyi investisiyalayihələri ilə modern şirkət olaraq dünyanın diqqətindədir. SOCARPrezident İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirərək bugün dünyanın ən modern şirkətləri ilə bir sırada dayanır. QəzetimizSOCAR-ın uğurlu fəaliyyətini təsisçisi olmaqla yanaşı, həm dədayanıqlı iqtisadi inkişafımızda böyük rol oynayan şirkət olaraqdəyərləndirir, gördüyü genişmiqyaslı işləri ictimaiyyətəçatdırmaqdan qürur duyur. Ümummilli Lider Heydər Əliyevin“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütündövrlər üçün aktuallığını qoruyur, dövlətimizin həyata keçirdiyisiyasətin əsasını təşkil edir. Hazırda Qarabağımızda, ŞərqiZəngəzurumuzda aparılan genişmiqyaslı bərpa-quruculuq işləriiqtisadi imkanlarımızın təqdimatıdır.

Seçilən
121
11
az.trend.az

10Mənbələr