AZ

Millimiz Ermənistanı darmadağın etdi

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb. 

Bizim.Media xəbər verir ki, C divizionunda mübarizə aparan yığmamız A qrupunda I turun matçına çıxıb. 

Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri Ermənistanla qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan millimiz rəqibini darmadağın edib. 

Çempionata qələbə ilə başlayan yığmamız ikinci oyununa sabah çıxacaq. Komandamız Gürcüstanı sınağa çəkəcək. 

Qeyd edək ki, ilk turun bu gün keçiriləcək digər qarşılaşmasında Gürcüstanla Kipr qarşılaşacaq. 

U-16-lar (qızlar) arasında Avropa çempionatı 

C divizionu, A qrupu 

I tur, 9 iyul 

15:00. Ermənistan – Azərbaycan - 59:86 (13:20, 14:19, 19:21, 13:26) 

Cəbəllütariq. “Tersentenari” İdman Zalı 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
4
bizim.media

6Mənbələr