“Azərbaycan Hava Yolları” QSC-dən Demokrat.az-a bildirilib ki, bu hava limanı Zəfər yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.
Füzuli aeroportu, qısa müddət ərzində bir çox hökumət başçılarını, dövlət və xarici beyin mərkəzlərinin yüzlərlə nümayəndəsini qəbul edib ki, bu da onun strateji əhəmiyyətini və regionun inkişaf perspektivlərini göstərir.
Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanı Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində 40-dan çox reys qəbul edib və yola salıb. Onların sırasında 10-dan çox təyyarə növü var idi: Gulfstream V, Falcon 7X, Airbus 319, 320, Embraer 190, geniş gövdəli İL-96, Airbus 330, 340 və Boeing 787 kimi hava gəmilərinin Füzuli aeroportuna uğurlu enişi, onun müxtəlif tipli təyyarələri qəbul etmək qabiliyyətini, müasir texnoloji səviyyəsini və beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləyir.
Füzuli aeroportunda müxtəlif növ hava gəmilərinin təhlükəsiz və rahat şəkildə enib qalxmasına imkan verən 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı mövcuddur. Hava limanında avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi ICAO və IATA standartlarına müvafiq şəkildə uçuşların idarə olunmasını təmin edir.
Bundan əlavə, müasir infrastrukturla təchiz olunan terminal saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr mövcuddur ki, bu da gələn sərnişinlərin və qonaqların rahatlığı üçündür.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
nuhcixan.azQarabağın hava qapısı və inkişaf simvolu - Füzuli Beynəlxalq Hava Limanı - FOTOLAR ( 8478032)
-
nocomment.azFüzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısı və inkişaf simvolu ( 8475062)
-
qaynarinfo.azFüzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısı və inkişaf simvolu ( 8474774)
-
demokrat.azQarabağın hava qapısı və inkişaf simvolu — Füzuli Beynəlxalq Hava Limanı ( 8473337)
-
bizim.mediaZirvə görüşü zamanı Füzuli Hava Limanı 40-dan çox reys qəbul edib - FOTO ( 8471282)
-
azertag.azQarabağın hava qapısı və inkişaf simvolu - Füzuli Beynəlxalq Hava Limanı ( 8470706)
-
avtosfer.azFüzuli Beynəlxalq Hava Limanı:Qarabağın hava qapısı və inkişaf simvolu ( 8464301)
-
fed.azFüzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısı və inkişaf simvolu ( 8463224)
-
sfera.azFüzuli Beynəlxalq Hava Limanı: "Qarabağın hava qapısı və inkişaf simvolu" ( 8462981)
-
sabahinfo.azFüzuli Hava Limanı TDT-nin dövlət başçılarının görüşü çərçivəsində 40-dan çox reys qəbul edib ( 8462708)