AZ

Fazil Mustafa da namizədliyini irəli sürəcək - Seçkiyə bu dairədən qatılacaq

"26 sayılı 1-ci Sabunçu seçki dairəsindən namizədliyimi vermişəm. İmza vərəqələrini götürmüşük. Bunun üzərində iş gedir. Seçicilərlə birbaşa təmasda, imzaların toplanma kampaniyasına başlayacağıq".

"AzPolitika" xəbər veriri ki, bunu Böyük Quruluş Partiyasının sədir, deputat Fazil Mustafa 1 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı "Lent.az"-ın sualını cavablandırarkən deyib.

F. Mustafanın sözlərinə görə, rəhbəri olduğu partiyadan 20 nəfərin namizədliyi müəyyən edilib:"Tədricən dairə kommissiyalarına müraciət edirlər. Hələ ki, sistemləşdirməmişik. Amma bu say artacaqdır. Bir az çətinlik ərazisi işğaldan azad olunmuş dairələrlə bağlıdır. Hələ orda rayon təşkilatları formalaşdıra bilməmişik. Lakin digər rayonlarda belə bir problem yoxdur".

"AzPolitika.info" 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
azpolitika.info

3Mənbələr