Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkir rayonunda vətəndaşları qəbul edib.
Bu barədə 525.az-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, dini təhsil, dini icmaların ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta