AZ

"Brilyant əl”in aktyorunda xərçəng aşkarlandı - FOTO

RSFSR-in Əməkdar artisti, 85 yaşlı aktyor-teleaparıcı Leonid Kanevskiyə xərçəng diaqnozu qoyulub.

Musavat.com axşam.az-a istinadən bildirir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Aktyor son bir neçə ildə çanaq nahiyəsində ağrılardan şikayətlənib. Müntəzəm müayinə zamanı həkimlər onda şübhəli şiş aşkarlayıblar.

Şişin bədxassəli olduğu ortaya çıxıb. Lakin sağlamlığa təhlükə olmadığı üçün şiş çıxarılmayıb. Həmçinin, həkimlər ona yaşına görə əməliyyat keçirməməyi tövsiyə ediblər.

Qeyd olunur ki, Leonid Bakıda lentə alınan "Brilyant əl" filmində rol alıb.

O, 2006-cı idən indiyədək Rusiyanın NTV kanalında "İstintaq aparıldı..." ("Следствие вели")sənədli televiziya proqramının aparıcısıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
musavat.com

2Mənbələr