AZ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Bakı. Trend:

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevİran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəngedib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Dövlətimizin başçısı Məsud Pezeşkianı İran İslam RespublikasınınPrezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətindəuğurlar arzulayıb.

Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçininPrezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəlgöndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığınıbildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasındamünasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səyləriniəsirgəməyəcini deyib.

Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığaəsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra dagenişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızıninkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələrimiz arasında indiyədək əldə edilmişrazılaşmaların həyata keçirilməsinin əhəmiyyətinivurğulayıblar.

Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləriqarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti MəsudPezeşkianı ölkəmizə səfərə dəvət edib.

Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlətimizinbaşçısına minnətdarlığını bildirib və öz növbəsində, AzərbaycanPrezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
49
az.trend.az

8Mənbələr