AZ

Morgan Stanley-dən bazarlara düzəliş xəbərdarlığı

Morgan Stanley, ABŞ prezident seçkiləri, balans hesabatları və Fed siyasətləri səbəbiylə səhmlərdə korreksiya barədə xəbərdarlıq edib.

Morgan Stanley-in ABŞ Səhmləri üzrə Baş Strateqi Mike Wilson bildirib ki, noyabrda keçiriləcək prezident seçkiləri şirkət balansları və Fed siyasəti ilə bağlı qeyri-müəyyənliyi artırır.

Wilson səhm investorlarını qiymətlərdə əhəmiyyətli bir geriləmə barədə xəbərdar etdi.

Bloomberg-də danışan Wilson, "Məncə, bu gündən seçkiyə qədər 10 faizlik düzəliş ehtimalı yüksəkdir. Üçüncü rüb dəyişkən olacaq" deyən sərmayəçilərə hazırlıqlı olmaları barədə xəbərdarlıq edib.

İli səhm qiymətlərinin bugünkündən daha yüksək bağlama ehtimalını aşağı səviyyədə görən Wilson, FED-in mümkün faiz endirmələri gözləntiləri səbəbiylə geri çəkilməsinin də alış fürsəti yarada biləcəyini vurğuladı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
9
kommersant.az

9Mənbələr