AZ

Ən yalançı bürclər

Astroloji proqnoza görə bu bürclər insanlara daha çox yalan danışırlar.
 
Ən çox yalan danışan bürclər:
 
Əkizlər - Ən çox yalan danışan bürclərdən biri olan Əkizlər, usta manevr qabiliyyəti ilə məsələni fərqli bir yerdə bitirə bilərlər. Onun yalan danışdığını sübut etmək çox çətindir.
 
Əqrəb - astrologiyada ən sirli bürc kimi tanınır. Hər işi gizli görən Əqrəblər yalan danışmaqda da təkmilləşiblər. Onlar yalan danışmağı o qədər yaxşı bilirlər ki, reallıqla yalanı ayırmaq çox vaxt aparır.
 
Tərəzilər - Tərəzilər yalan danışmaqda mahirdirlər, sizə yalan danışanda onları tutmaqda çətinlik çəkəcəksiniz, çünki simpatik xasiyyətləri və gülərüzləri səbəbindən onlardan belə şeylər gözləməyəcəksiniz, nəticədə yanılmış olacaqsınız.
 
Qoç - Olduqca şirindilli insanlardırlar, bu isə onların təsir gücünü artırır. Qarşısındakı partnyorunu asanlıqla inandıra bilirlər. Başqalarının fikirlərini oxumaq və insanları öz xeyrinə istifadə etmək məsələsində bu bürcün nümayəndələri necə deyərlər, tülkü kimi ağıllıdırlar.
 
Milli.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
moderator.az

10Mənbələr