AZ

Paşinyan İran prezidenti ilə telefonla danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın baş nazirinin ofisi məlumat yayıb.

Baş nazir İran prezidentini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona bu vəzifədə səmərəli fəaliyyət arzulayıb. Həmsöhbətlər əvvəllər dövlətlərarası səviyyədə əldə olunmuş razılaşmalara sadiq olduqlarını təsdiq ediblər.

Tərəflər imkan daxilində görüşmək barədə razılığa gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
azpost.info

7Mənbələr