Paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.
Bu barədə Demokrat.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.
“Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaqdır. Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır.
Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir” - məlumatda qeyd olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
ekologiya.azZolağa girənlərin nömrəsi avtobusdan çəkiləcək - Rəsmi ( 8494325)
-
sportinfo.azZolağa girən maşınların nömrəsi avtobusdan çəkiləcək ( 8492762)
-
fed.azAvtobus zolaqlarına daxil olan avtomobillərə qarşı bu tədbirlər görüləcək ( 8490455)
-
demokrat.azZolağa girənlərin nömrəsi avtobusdan çəkiləcək — RƏSMİ ( 8485970)
-
regionxeberlericom.azAvtobuslara kamera quraşdırıldı - Zolağa daxil olanları çəkəcək ( 8482544)
-
nocomment.azDİN: Avtobus zolaqlarında fasiləsizlik təmin olunacaq ( 8482277)
-
referans.azDİN xəbərdarlıq yaydı ( 8482193)
-
yenisabah.azAvtobuslara kamera quraşdırıldı - Zolağa daxil olanları çəkəcək ( 8482151)
-
yenisabah.azAvtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün texniki avadanlıqlar tətbiq ediləcək ( 8481602)
-
kaim.azAvtobuslar zolağa daxil olan maşınları çəkəcək ( 8480633)