AZ

30 illik araşdırma 70 yaşında sağlam olmaq üçün zəruri qidaları üzə çıxarıb

30

Bakı, 10 iyul, AZƏRTAC

30 illik araşdırma 70 yaşında sağlam olmaq üçün qəbul edilməli qidaları üzə çıxarıb.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı Harvard Universitetinin alimləri 100 min insanın məlumatlarını araşdırıblar.

30 illik araşdırmanın nəticələri 70 yaşında sağlam olmaq üçün necə qidalanmalı olduğunu göstərir. Məlumdur ki, fiziki fəaliyyət, siqaret və ictimai həyat kimi faktorlar, istehlak edilən qidalar xəstəliklərdən uzaq, sağlam həyat sürməkdə mühüm rol oynayır. 70 yaşına qədər orta yaşlı insanların istehlak etdiyi qidaları izləyən yeni bir araşdırma qidalanmanın nə qədər təsirli olduğunu ortaya çıxarıb.

106 min adamın 30 illik məlumatlarını əks etdirən tədqiqat 1986-cı ildə başlayıb və araşdırmada azı 39 yaşında olan insanlar iştirak ediblər. Hər 4 ildən bir iştirakçılar yemək vərdişləri ilə bağlı hərtərəfli sorğuya cavab veriblər. Harvard Universitetinin tədqiqatçıları yüksək qida dəyərinə malik 8 pəhriz üzrə iştirakçıların pəhrizlərini qiymətləndiriblər. 2016-cı ilə qədər iştirakçıların təxminən yarısının öldüyü və yalnız 9 faizinin sağlam qocaldığı qeyd edilib. Tədqiqatçılar xəstəlikləri olmayan, fiziki və koqnitiv sağlamlığı yaxşı olan, azı 70 yaşı olan insanları sağlam qocalmış hesab ediblər. Ümumiyyətlə, daha çox meyvə-tərəvəz, tam taxıl, doymamış yağlar, qoz-fındıq, paxlalılar və az yağlı süd məhsulları istehlak edənlərin daha yaxşı qocaldığı müşahidə edilib. Daha çox yağ, natrium, qırmızı və emal edilmiş ət istehlak edən insanların sağlam yaşlanma ehtimalı daha azdır. Tədqiqatçılar qeyd ediblər ki, sağlam qidalanan insanların yaşlandıqca yaxşı fiziki formada olma ehtimalı 43-84 faiz çoxdur.

Araşdırmanın aparıcı müəllifi An-Jüli Tesye nəticələri belə qiymətləndirir: “Bu, orta yaşda yediklərinizin yaşlanmağınızda nə qədər mühüm rol oynaya biləcəyini göstərir. Təhlillərdə fiziki aktivlik, siqaret və spirt aludəçiliyi, sosial-iqtisadi vəziyyət kimi amilləri də nəzərə almışıq. Fiziki fəaliyyət kimi sağlamlığa təsir edən bəzi digər amilləri nəzərə aldıqdan sonra belə, orta yaşda sağlam qidalanma vərdişləri ilə daha sonra sağlam həyat sürmək arasındakı əlaqənin gücü bizi təəccübləndirib. Digər tərəfdən, yeni tədqiqatın əksər qidalanma tədqiqatları kimi iştirakçıların öz hesabatlarına etibar etmək kimi məhdudiyyətləri də var. Yenə də nəticələr qidalanmanı sağlam qocalma ilə əlaqələndirən digər nəticələrlə üst-üstə düşür”.

Araşdırmada iştirak etməyən ABŞ-li professor Sean Morrison sağlam qocalmanın yolunu belə izah edir: “Uzun müddətdir ki, bildiyimiz kimi, sağlam qocalmanın əsası sağlam qidalanmaq, idman etmək, tütün məmulatlarından uzaq durmaq, günəş kremlərindən istifadə etmək, kifayət qədər yatmaq və ictimai fəaliyyətlərdə iştirak etməkdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
22
azertag.az

10Mənbələr