AZ

Avropanın yeni reaktiv daşıyıcısı kosmosa göndərildi

İyulun 9-da Kuru (Fransız Qvianası) kosmodromundan Avropanın yeni “Ariane 6” daşıyıcı raketinin uğurla buraxılması baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb .

Buraxılış insidentsiz baş tutubu, raket 600 kilometr yüksəklikdə orbitə peyklər bürcünü uğurla çıxarıb. Peyklər arasında müxtəlif özəl şirkətlərin, kosmik agentliklərin, tədqiqat institutlarının və universitetlərin cihazları var.

Agentliyin məlumatına görə, buraxılış Bakı vaxtı ilə saat 00:06-da baş tutub.

"Ariane 6", "Ariane 5"i əvəz edən və missiyaların aşağı Yer orbitindən və onun hüdudlarından kənarda dərin kosmosa buraxılmasına imkan verən modul və çox yönlü dizayna malik Avropanın "Ariane" raket seriyasının ən son raketidir.

“Tamamilə yeni raket nadir hallarda buraxılır və müvəffəqiyyətə zəmanət verilmir. Mən "Ariane" ailəsinin yeni nəslinin uğurla havaya qalxdığı və Avropanın kosmosa çıxışını səmərəli şəkildə bərpa etdiyi bu tarixi anın şahidi olmaq şərəfinə nail oldum”, - ESA-nın baş direktoru Yozef Aşbaxer bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
2
publika.az

10Mənbələr