AZ

Messi qol vurdu, Argentina yığması Amerika Kuboku-2024-ün finalına yüksəldi

Futbol üzrə Amerika Kuboku turnirində ilk yarımfinal oyunu keçirilib. 

BAKU.WS xəbər verir ki, Argentina yığması Kanada kollektivi üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala vəsiqəni təmin edib. Matçda qolları Xulian Alvares və Messi vurub. Bu Messinin Amerika Kuboku-2024-də vurduğu ilk qol olub. Argentina final matçında Uruqvay-Kolumbiya matçının qalibi ilə görüşəcək.

Qeyd edək ki, Argentina millisi turnirin son qalibidir. "Ağ-mavilər" 2021-ci ildə Braziliyada keçirilən turnirdə yerli komandanı Anxel Di Mariyanın yeganə qolu ilə məğlub edərək titula sahib çıxmışdılar. 

Seçilən
150
1
baku.ws

2Mənbələr