AZ

“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”

“Neftçi”nin hücumçusu Andre Şinyaşiki 2024/2025 mövsümünün startını gözləyir.

Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin “vavel.com” saytına açıqlamasında çempionluğu hədəfləyəcəklərini bildirib.

O, “Qarabağ”ı üstələməyin çətin olacağını da etiraf edib: “Qarabağ”, həqiqətən də, nümunəvi mövsüm keçirdi. Bununla belə, “Neftçi” böyük ənənələrə malik klubdur və yenidən ölkə çempionu olmağa ehtiyac duyur. Diqqətimiz bu hədəfə yönəlib. Bunun çox çətin olacağına şübhəmiz yoxdur. Ancaq biz möhtəşəm klubun şərəfini qoruyuruq və onu ən yaxşı şəkildə şərəfləndirməliyik”.

Şinyaşiki “Neftçi”yə əvvəlki əzəmətini qaytarmaq istədiklərini sözlərinə əlavə edib: “Biz bir nömrə idik, amma “Qarabağ” bu mövqeyi əlimizdən aldı. Azarkeşlərimizə hədsiz sevinc bəxş etmək istəyirik və bunun üçün mövsümün əvvəlindən mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Andre Şinyaşiki ötən ilin yayından “Neftçi”nin formasını geyinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
2
futbolinfo.az

4Mənbələr