Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının C divizionunda ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi milli Albaniya ilə üz-üzə gəlib.
Qarşılaşma seçməmizin 56:60 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
U-16 millimiz növbəti oyununu iyulun 10-da, saat 16:30-da Moldovaya qarşı keçirəcək. Bir gün sonra, saat 16:30-da isə Malta yığmamızın rəqibi olacaq.