“ABŞ NATO-dan çıxsa, dünya Amerikaya və Şimali Atlantika Alyansına arxalanan bir çox ölkəni itirəcək. Xüsusilə, Polşa və Baltikyanı ölkələr”.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib .
"ABŞ-ın prezidentinin kim olacağını bilmirəm. Ümid edirəm ki, ABŞ heç vaxt NATO-dan çıxmayacaq, çünki əks halda dünya çoxlu ölkəni itirəcək. Biz bu mövzuda çox həssas olan Baltikyanı ölkələri itirəcəyik və ümid edirəm ki, ABŞ heç vaxt ciddi şəkildə NATO-dan ayrılmaq qərarına gəlməyəcək”, - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, ABŞ vətəndaşları prezident seçkilərində Donald Trampa səs verərsə, o, yeni Amerika liderinin Ukrayna ilə bağlı siyasətinin dəyişməyəcəyinə ümid edir.
Daşqın HəsənovMissiya.Az