AZ

İnternet kəsilməsi səbəbindən təxirə düşən MİQ imtahanı nə zaman keçiriləcək?

Ötən gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində problem yaranıb.

seher.media-a verilən məlumata görə, iyulun 9-da müsabiqənin təşkil olunduğu Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub:

"Problem qısa müddətdə aradan qaldırıla bilməyib. Bu səbəbdən imtahan təxirə salınıb. Təxirə salınan imtahan bu gün keçiriləcək".

Həmçinin, qeyd olunub ki, bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahan mərhələsi başa çatır.

Xatırladaq ki, test imtahanları iyulun 2-də başlayıb. Ölkə üzrə 39 imtahan mərkəzini əhatə edib.

İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub. 9 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə tarix, coğrafiya və alman dili fənləri üzrə 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.

Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilib. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanır. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.

Nəzrin Vahid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
seher.media

10Mənbələr