AZ

Seçkini müşahidə üçün jurnalistlər üçün iş vəsiqələri yetərlidir - MSK sədri

Azərbaycanda seçkilərdə müşahidəçilərə "yox" cavabı verilməyib, indiyə qədər belə hal olmayıb.

Olaylar xəbər verir ki, bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərdə aşkarlığın yaradılması və media qurumlarının fəaliyyətinin təmin edilməsi də mühümdür:

"Azərbaycan dünyada yeganə ölkədir ki, media qurumları seçkini müşahidə etmək üçün heç yerdən qeydiyyatdan keçmir. Jurnalistlər iş vəsiqələri ilə seçkini işıqlandırırlar, seçkini müşahidə üçün jurnalistlər iş vəsiqələri yetərlidir. Seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün vacib şərtlərdən biri də ölkədə ictimai-siyasi sabitlik olmasıdır. Bu da bizdə var".

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
19
olaylar.az

10Mənbələr