AZ

Azərbaycan bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir - Ceyhun Bayramov

Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə deyib.

Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən C.Bayramov Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, bu ölkənin sürətlə silahlanması faktına diqqət çəkib.

O, sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların mövcudluğunu xatırladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
69
15
sia.az

10phrase_var_article.sources