AZ

Təhsil eksperti deputatlığa namizədliyini irəli sürüb

 
 
Təhsil eksperti Kamran Əsədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı verib.
 
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun özü bildirib.
 

Kamran Əsədov qeyd edib ki, 70 saylı seçki dairəsindən namizədliyini irəli sürüb:

 

 

Keçən seçkidən sonrakı 4 il ərzində Neftçalada böyük işlər görülüb və indi də davam edir.

 

Neftçalada təkcə ölkə əhəmiyyətli yox, dünya miqyasında olacaq enerji və digər vacib layihələr həyata keçirilir.

 

Düşünürəm ki, Neftçalamın daha da inkişafına təkan verəcək bilik və bacarıqlara sahibəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
7
azedu.az

3Mənbələr