AZ

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir kuryer saxlanıldı

Bakı. Trend:

Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olmasıadı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdənev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pulvəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşlarıtərəfindən araşdırmalar davam etdirilir.

Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsiəməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd edilən qanunsuzəməllərin daha bir iştirakçısı - paytaxt sakini Viktoriya Rzayevasaxlanılıb.

Müəyyən edilib ki, V.Rzayeva “Telegram” sosial şəbəkəsində əlaqəqurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onuyönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başınabədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pultələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində V.Rzayeva38.700, 6.400 və 10.050 manat olmaqla ümumilikdə 3 vətəndaşa 55.150manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərinizərərçəkənlərdən alandan sonra “Telegram”da əlaqə qurduğu şəxslərinkriptovalyuta hesablarına köçürüb. V.Rzayeva bu qanunsuz əməllərinqarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb.

Qeyd edək ki, paytaxt ərazisində polis əməkdaşları tərəfindənbir müddət əvvəl həyata keçirilən tədbirlərlə “Telegram” sosialşəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi iləanaloji əməllərin törədilməsində kuryer qismində iştirak edən daha14 nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri iləcinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davametdirilir.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, buhallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglərüzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərəqəti şəkildə pul vəsaitləri verməsinlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
26
az.trend.az

10Mənbələr