AZ

Ağ Ev: Bayden seçilərsə, ikinci prezidentlik müddətini başa vuracaq

Ağ Evin sözçüsü Karine Jean-Pierre, ABŞ prezidenti Co Baydenin noyabrda yenidən seçiləcəyi təqdirdə ikinci prezidentlik müddətini başa vuracağını açıqlayıb.

Jean-Pierre gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Mətbuat katibi Jean-Pierre, Konqresin bir çox üzvünün Baydenin namizədliyindən geri çəkilməsinə dair çağırışlar qarşısında prezidenti dəstəklədiyini söyləyib.

Noyabrda yenidən seçiləcəyi təqdirdə Baydenin ikinci dörd illik prezidentlik müddətini başa vurub-tamamlamayacağı sualına Jan-Pier, "Bəli, edəcək" cavabını verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
aznews.az

3Mənbələr