AZ

Yeni Kaledoniyada ölənlərin sayı 10-a yüksəlib

Fransız təhlükəsizlik qüvvələri Fransanın Hind-Sakit okeandakı koloniyası olan Yeni Kaledoniyada müstəqillik tərəfdarlarına təzyiqlərini davam etdirərkən, adada baş verən hadisələrdə ölənlərin sayı 10 nəfərə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, Yeni Kaledoniyanın cənubundakı Le-Mont-Dore bölgəsində bir nəfər jandarma gülləsi ilə həyatını itirib. Hadisə şahidlərinin sözlərinə görə, jandarm ona atəş açan müstəqillik tərəfdarını güllələyərək öldürüb.

Xatırladaq ki, Yeni Kaledoniyada Fransa hökumətinin konstitusiya islahatı təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarları mayın 13-də hərəkətə keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
45
operativmm.az

10Mənbələr