AZ

Vaşinqtonda üçtərəfli görüş keçirildi - Yenilənib

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, erməni həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə danışıqlar gedir.

***

Bildirilib ki, Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.




Seçilən
105
13
qafqazinfo.az

10Mənbələr