Futbol üzrə milli komandamızın üzvü Ramil Şeydayev yenidən Azərbaycana qayıda bilər.
“Neftçi” hücumçu ilə danışıq aparır. Paytaxt təmsilçisi Şeydayevi razı salmaq üçün cəlbedici bir təklif göndərib.
Hətta milli üzvünün bu təkliflə razılaşdığı da iddia olunur. Sadəcə olaraq onun məxsus olduğu “Kocaelispor”la müqaviləsi olduğu üçün “Neftçi” onlara kompensasiya ödəməlidir.
Şeydayevin keçidi ilə bağlı məsələnin yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.