Avropa Çempionatı ilə yanaşı Amerika Kuboku da yavaş-yavaş kuliminasiya nöqtəsinə yaxınlaşır.
Artıq ilk finalçı bəllidi. Xulian Alvares və Lionel Messinin qolları ilə Kanadanı 2:0 məğlub edən Argentina son 9 Amerika Kubokunda 7-ci dəfə finala yüksəldi. Digər yarımfinalda Uruqvay ilə Kolumbiya qarşılaşacaq. Qeyd edək ki, Messi cari turnirdə ilk, ümumilikdə isə Amerika Kubokunda 14-cü qolunu vurdu. Ünlü futbolçu DÇ-2006-dan başlayaraq ardıcıl 10-cu nəhəng turnirdə qol vurmağı bacardı. Bu müddətdə o, 27 dəfə fərqlənib. Ən əsası Messi Argentinanın heyətində 109-cu qolunu vurmaqla iranlı Əli Daeini geridə qoydu və futbol tarixində yığmalar səviyyəsindəki ən məhsuldar futbolçuların siyahısında ikinci pilləyə yüksəldi.
Bu siyahıya 130 qolla portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta