AZ

Zelenski və Pavel Ukrayna-NATO Şurası qarşısında mövqelərini razılaşdırıblar

Vaşinqtonda keçirilən NATO Sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski çexiyalı həmkarı Petr Pavel ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.

“Ukrayna dövlətinin başçısı Petr Pavelin Ukraynanı NATO-ya üzvlüyünə yaxınlaşdırmaq səylərini və ölkəmizin müharibədə qələbəsini qeyd edib”, - məlumatda deyilir.

Qeyd edilib ki, liderlər Ukrayna-NATO Şurası, hava hücumundan müdafiə koalisiyasının və qırıcı təyyarə koalisiyasının iclaslarından əvvəl mövqelərini razılaşdırıblar.

Çexiyanın Ukraynaya artilleriya sursatının tədarükü təşəbbüsü və onun yeni maliyyə mənbələri, ilk Sülh Sammitində qəbul edilmiş qərarların icrası və Qlobal Cənubun mümkün qədər çox ölkəsinin Ukraynada ədalətli sülhün bərqərar edilməsinə cəlb edilməsi də müzakirə olunub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
16
ikisahil.az

10Mənbələr