AZ

Siyəzəndə silah və 53 ədəd çətənə kolu aşkarlandı

Siyəzəndə əməliyyat yolu ilə silah və 53 ədəd çətənə kolu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Şahin Ağayevdən kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 39 kiloqram olan 53 ədəd çətənə kolu, 1 kiloqram marixuana və 1 ədəd tüfəng aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
10
unikal.az

8Mənbələr