AZ

General-polkovnikin vəzifədən azad edildiyi təsdiqləndi

Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Hurriyyet.az TNS-ə istinadla xəbər verir ki, Kərəm Mustafayevin adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.

Hazırda nazirliyin saytında müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı bölməsində heç bir məlumat yoxdur.

Qeyd edək ki, Kərəm Mustafayev 1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın qərargah rəisi - briqada komandirinin müavini, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib. 14 may 2014-cü il ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsinə təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
18
hurriyyet.az

10Mənbələr