Tayvan adası ətrafında 66 Çin hərbi təyyarəsi aşkar edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təyyarələrdən 56-nın Tayvan boğazında tərəflərin təsir zonalarını guya məhdudlaşdırdığı xətti keçdiyi bildirilib.
Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir. Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə güc tətbiqini istisna etməyəcəyini vurğulayır.
Müəllif: Səbinə Hüseynli