AZ

İstidə tər qoxusundan necə qurtulmaq olar? -Dermatoveneroloq izah etdi

İsti havalarda narahatlıqlardan biri də tez-tez tərləməkdir.

Bəs bu prosesi tənzimləmək və ya heç olmasa, tərin kəskin qoxusundan xilas olmaq mümkündürmü?

Medicina.az xəbər verir ki, bu suala dermatoveneroloq Oksana Minkina cavab verib.

O bildirib ki, tərləmək tamamilə təbii prosesdir:

“Sistem belə işləyir: insan bədəni sərinləmək və özünü istidən qorumaq üçün tərləyir. Buna görə də, tərləmə qabiliyyəti bədənin yüksək ətraf mühit temperaturuna tamamilə normal reaksiyasıdır”.

Niyə tər iyi gəlir?

“Qoxunun intensivliyi müxtəlif mikroorqanizmlərin, insan dərisində yaşayan bakteriyaların fəaliyyətindən asılıdır. Tər artdıqca onların çoxalması üçün çox əlverişli mühit yaranır.

İnsan bədənindəki tər vəziləri ən çox üz, ovuc, ayaq və qoltuq nahiyəsində cəmləşdiyi üçün tərlədiyimiz zaman qoxu ilk növbədə bu nahiyələrdən gəlir”, - deyə həkim qeyd edib.

Qoxunu necə azaltmaq olar?

Həkim nəzərə çatdırıb ki, su, sabun və ya duş geli bakteriyalardan qurtulmağın ən təhlükəsiz yoludur:

“Əgər onların sayı fizioloji normadan artıq olmazsa, siz tərləsəniz belə xoşagəlməz qoxu gəlməyəcək.

Buna görə də, əsas qayda yayda səhər və axşam duş qəbul etməkdir.

Ancaq suda çox qalmamağa da diqqət yetirmək lazımdır. Çünki çox intensiv yuyunma dərimizin təbii qoruyucu baryerinə zərər verir”.

Daha az tərləmək mümkündür?

Oksana Minkina tər ifrazını azaltmağın yollarını isə belə izah edib:

“Təbii ki, antiperspirantlar da kömək edə bilər. Məhsulu seçərkən dərinizə nə qədər uyğun olduğuna diqqət yetirməlisiniz. Çünki yalnız effektiv deyil, həm də təhlükəsiz bir məhsul seçməlisiniz.

Bu məhsulların çoxu alüminium, parabenlər, propilen kimi maddələr ehtiva edir və onların bir çox zərəri var.
Seçim bir çox nüanslardan asılı olmalıdır: dərinizin nə qədər həssas olması, dermatoloji xəstəliklərinizin olub-olmaması, dərinin dezodorant və ya antiperspirantdan istifadə etməyi planlaşdırdığınız nahiyələrində yerli estetik prosedurlar keçirib-keçirmədiyiniz və s.

Hansı məhsulu seçməyinizdən asılı olmayaraq, antiperspirant təmiz, quru dəriyə tətbiq edilməlidir”.

Həkim nəzərə çatdırıb ki, tər və tər qoxusundan qurtulmağın yeganə yolu bu deyil.

“Artan yerli tərləmə problemlərinin həlli üçün daha radikal yanaşmalar var, məsələn, botulinum toksininin istifadəsi.

Botulinum toksininin inyeksiyasının köməyi ilə tər vəzilərinin fəaliyyətinə təsir edən sinir impulsları bloklanır. Prosedur olduqca təhlükəsizdir və təsir uzun müddət, 8 aya qədər davam edir.

Ancaq buna mütləq bir həkimlə məsləhətləşdikdən sonra qərar vermək lazımdır. Çünki həkim əlavə müayinə keçirməli və hər hansı bir əks göstərişinizin olub-olmadığını müəyyən etməlidir”, – deyə dermatoveneroloq vurğulayıb.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
23
medicina.az

10Mənbələr