AZ

“Partiya olaraq seçkilərdə iştirak edəcəyik. Amma…”

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar namizədlərini müəyyənləşdirib. Eyni zamanda müəyyən şəxslər fərdi qaydada namizədliklərini irəli sürəcəklərini bildiriblər.

VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimlidən isə hələ ki səs-soraq yoxdur. Tahir Kərimli namizədliyini irəli sürəcək?

Onun köməkçisi Aftandil Məmmədov Modern.az-a bildirib ki, Tahir Kərimlinin namizədliyinin irəli sürülüb-sürülməyəcəyi hələ dəqiqləşməyib:

“Partiya olaraq seçkilərdə iştirak edəcəyik. Amma şəxsən Tahir müəllimin seçkilərdə iştirakı hələ o qədər də gündəmdə deyil. Nəzərdə tutulmur. Lakin gələcəklə bağlı dəqiq heç nə deyə bilmərəm”.

Seçilən
120
1
tempinfo.az

5Mənbələr