Türkiyəli aktrisa Sinem Kobalın yeni layihəsi bəlli olub.
Bakıvaxtı.az bildirir ki, aktrisa 7 il aradan sonra "Her şeyin başı Merkür" filmində baş rolu canlandıracaq.
Filmin çəkilişləri avqustda başlayacaq.
Sinem Kobalın filmdəki tərəf müqabili üçün isə hazırda danışıqlar davam edir.
Qeyd edək ki, aktrisa həmkarı Kənan İmirzalıoğlu ilə ailəlidir. Cütlüyün iki övladı var.