AZ

Milli Azərbaycan Tarixi Muzeyi ilə Polşanın Azərbaycandakı səfirliyi arasında Memorandum imzalanıb

Bakı. Trend:

Milli Azərbaycan Tarixi Muzeyi və Polşa Respublikasınınölkəmizdəki səfirliyi arasında əməkdaşlıq haqqında Memorandumimzalanması məqsədilə görüş keçirilib.

Muzeydən Trend-ə bildirilib ki, görüşdə muzeyin elmi işlər üzrədirektor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov,Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri RafalPoborski, səfirin müşaviri Mixal Qretzilo, səfirliyin əməkdaşıKatarzina Piaseçka, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə işşöbəsinin müdiri Zümrüd İsmayılova və həmin şöbənin böyük elmiişçisi Fuad Ağayev iştirak ediblər. Tədqiqatçı alim Fərhad Cabbarovqonaqları muzeydə yenidən görməkdən məmnunluğunu bildirib və həriki ölkənin tarixi əlaqələrindən danışıb.

Sonra tanınmış polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ciil dönümünə həsr olunacaq sərginin muzeydə təşkili ilə bağlırazılaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, sərgidə Yuzef Qoslavskinin vaxtilə Bakıdalayihələndirdiyi məşhur binaların 3D formatında təqdimatı, eynizamanda, polşalı memarın həyat və yaradıcılığına aid arxivsənədləri (və ya onların surətləri), xüsusən də Bakıdakı fəaliyyətiilə bağlı mətn və vizual materialları yer alacaq.

Razılaşma ilə bağlı fikir mübadiləsindən sonra qonaqlar muzeyinyeni ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nümayiş olunannadir eksponatlar Səfirin marağına səbəb olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
az.trend.az

3Mənbələr