AZ

Gəncədə avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişdi

Gəncədə iyulun 5-də avtomobillə vurulan piyada dünən dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin N. Nərimanov prospektində baş verib. 

Yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü Əzizə İsmayılovanı avtomobil vurub və müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
bizim.media

4Mənbələr