Aktual.az xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyulun 11-də İslamabadda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
"Cənab Prezident, 2023-cü ildə məni Azərbaycana dəvət etdiyiniz çox yaxşı xatirimdədir. Səxavətiniz və çox səmimi qonaqpərvərliynizlə bağlı o xoş anları hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş onun dadına bir də baxa bilərdim. Lakin bunun üçün Sizin möhtəşəm ölkənizi yenə də ziyarət etməliyəm. İnşallah, noyabr ayında gələcəyəm", - Ş.Şərif qeyd edib.