AZ

"Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsi Yardımlıda qonaq olub - FOTOLAR » AzadMedia.az



"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 10 iyul 2024-cü il tarixində Yardımlı şəhərində olub.


Layihənin icrasına hazırlıq məqsədilə Yardımlı rayon İcra hakimiyyətinin nümayəndələri, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Yardımlı Təhsil sektorunun rəhbərliyi ilə məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 11 iyul 2024-ci il tarixdə Yardımlı şəhəri V.M.Nəciyev 4 saylı tam orta məktəbdə rayonun 11 nümunəvi müəllimləri ilə görüş keçirilib. Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov, Yardımlı rayonu Təhsil sektorunun metodisti Daməd Nəzərov, əməkdar müəllim Həbib Qəmbərov, Anzov kənd A.Fətullayev adına tam orta məktəbin direktor müavini Mərdan Dadaşov, rayonun fəal müəllimləri iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 11 iyul 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.

Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir.

Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir.


Layihə üzrə növbəti səfər Qusar şəhərinə olacaqdır.
Layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Yardımlı rayon İcra Hakimiyyətinə, humanitar məsələlər üzrə müavin Əfsanə Məmmədovaya, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevə, idarənin Təhsilin keyfiyyəti üzrə sektorun aparıcı-məsləhətçisi Samir Rufullayevə, Yardımlı Təhsil sektorunun müdiri Kamal Təhməzova, əməkdar müəllim Həbib Qəmbərova, Anzov kənd A.Fətullayev adına tam orta məktəbin direktor müavini Mərdan Dadaşova və əziz müəllimlərə minnətdarlığımızı bildiririk.

Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) merkezvma@mail.ru emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.
Seçilən
120
33
azadmedia.az

10Mənbələr