AZ

Voleybol üzrə Azərbaycan millisi hazırlıqlara start verib

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması 2026-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin hazırlığına start verib.

Apasport.az xəbər verir ki, komanda baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə GİN-in Voleybol Mərkəzində məşq keçir.

Təlim-məşq toplanışında 16 voleybolçu iştirak edir. Hazırlıq çərçivəsində bir neçə yoxlama görüşünün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, millimiz seçmə mərhələsində ilk oyununu avqustun 17-də Avstriyaya qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
apasport.az

2Mənbələr