Almaniya Silahlı Qüvvələri (Bundesver) NATO qoşunlarının alyansın şərq cəbhəsinə köçürülməsi zərurəti yarandığı halda hərbi və mülki hökumət orqanlarının fəaliyyət qaydasını müəyyən edən gizli plan hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsi "Bild" qəzetinə bildirib.
Qəzetin yazdığına görə, “Operationsplan Deutschland” və ya “OPLAN DEU” (“Almaniyada Operativ Fəaliyyət Planı”) adlı plan aşağıdakıları nəzərdə tutur:
"Almaniya NATO-nun Avropadakı “mərzək nöqtəsi” kimi təsvir edilir. Onun əsas vəzifəsi alyansın yüzminlərlə hərbçisinin şərqə köçürülməsini və qoşunların tədarükünü təmin etmək olacaq".