Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
Lamiyə Fərhad qızı Əliyeva 16 saylı Yasamal ikinci, Tamilla Əsədulla qızı Abdullayeva 44 saylı Sumqayıt üçüncü, Aygün Fərhad qızı Musayeva 70 saylı Neftçala, Xatirə Dadaş qızı Şərifova 84 saylı Füzuli, Səbinə Məhərrəm qızı Həmidova 117 saylı Oğuz–Qəbələ–Şəki seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov