AZ

İran səfiri ermənilərin Qarabağdan könüllü köçmədiklərini iddia etdi...

“Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bunu vurğulayırıq, lakin eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir...”
 
“Qarabağlıların(oradan köçmüş ermənilər nəzərdə tutulur- S.L.) hüquqları ilə bağlı mövqeyimiz bəllidir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bunu vurğulayırıq. Lakin eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. O məsələ yara kimidir və o yara sağalmalıdır. Və əgər o yara sağalmazsa, onun yenidən açılması mümkündür. Davamlı sülhdən danışarkən o yara nəzərə alınmalıdır. Ümid edirik ki, Qarabağ sakinləri öz evlərini qeyri-ixtiyari tərk etdikləri kimi, onların da öz evlərinə könüllü qayıtmaları üçün belə şərait yaradılacaq”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri “Azadlıq” radiosunun emrəni bürosuna(“Azatutyun”) açıqlamasında İran İslam(!) Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani dilə gətirib.
 
Səfir ermənilərin Qarabağı, yəni Azərbaycan torpaqlarını guya könüllü yox, məcburən tərk etdiklərini vurğulayıb. 
 
“Təbii ki, onların o ərazini tərk etmələrinin əsas səbəbi özlərini təhlükəsiz hiss etməmələri olub. Mən özüm qarabağlılarla danışmışam, qaçqınlar gələndə özüm də Qafana gedib onlarla söhbət etmişəm. Onlar deyirlər ki, “evimizdən könüllü çıxmamışıq”. Heç kim könüllü olaraq evini tərk etmir. Onlar özlərini təhlükəsiz hiss etmədiklərini və bu səbəbdən evlərini tərk etdiklərini bildiriblər. Onlar könüllü gəlməyiblər, amma ümid edirik ki, onların öz evlərinə könüllü qayıtmaları üçün şərait yaradılacaq”,_ -deyə İran diplomatı bildirib.
 
S.Laçın
 
Seçilən
175
3
moderator.az

10Mənbələr