AZ

Ermənistan konstitusiyası ləğv edilərsə… – qanunların 80 faizi qüvvədən düşəcək

Ermənistanda Azərbaycanın konstitusiya ilə bağlı tələbi yenidən gündəm olub. Belə ki, rəsmi Bakı sülh sazişinin bağlanması üçün Ermənistanın öz ali qanununu dəyişdirməsini tələb edir.
JAMAZ.İNFO  bildirir ki, erməni hüquqşünas və ekspertlər məsələni belə şərh edirlər ki, konstitusiyanın dəyişdirilməsi Ermənistanda bütün hüquqi mexanizmləri iflic vəziyyətinə salacaq. Məsələn, “Vətəndaş Hüquqlarının Müdafiəçisi” QHT-nin prezidenti Karen Hekimyan deyir ki, Azərbaycanın tələbi yerinə yetirilərsə, Ermənistan hüquqi iflasa uğrayacaq.
Onun sözlərinə görə, hal hazırda Ermənistanda bütün qanunların 80 faizi Konstitusiya ilə tənzimlənir və ona bağlıdır. “Konstitusiyada Ermənistan Ali Şurasının 1 dekabr tarixli iclasında qəbul edilib. Konstitusiya da həmin tarixli qərarlara əsasən hazırlanıb. Belə olan halda, Ermənistan Azərbaycana görə 1 dekabr qərarına əsaslanan Konstitusiyamızı ləğv etsə, Ermənistanın hüquqi bazası dağılacaq. Bütün qanunlar ləğv olunacaq, yəni Ermənistan qeyri-legitim dövlətə çevriləcək”.
Politoloq Areq Koçinyan isə hesab edir ki, Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsini konstitusiyaya uyğun hesab edərək, təsdiqləyəcək. “Bu qərardan sonra Ermənistanda heç bir məhkəmə həmin mövzunu müzakirə edə bilməz. Onunla bağlı hər hansı iddia qaldırmaq mümkün olmayacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
33
jamaz.info

10Mənbələr