Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə ölkələr arasında strateji tərəfdaşlıq məsələlərini və regiondakı vəziyyəti müzakirə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
"Görüşdə tərəflər Gürcüstan və Ermənistan Respublikası arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər. Regionda sülhün və sabitliyin təmin edilməsində Gürcüstanın mühüm rolu qeyd olunub", - deyə məlumatda deyilir.
Çikovani və Paşinyan 2024-cü ilin yanvarında imzalanan strateji tərəfdaşlıq mövzusuna da toxunublar. Tərəflər Gürcüstan və Ermənistanın strateji tərəfdaşlığının ölkələr arasında münasibətlərin bir çox sahələrdə dərinləşməsinə töhfə verəcəyini qeyd ediblər.