"Meta" şirkəti ABŞ-nin keçmiş prezidenti Donald Trampın "Facebook" və "Instagram" sosial şəbəkələrindən istifadəsinə qoyulan məhdudiyyətləri tezliklə aradan qaldırmaq niyyətindədir.
Bakıvaxtı.az-ın trend-ə istinadən məlumatına görə, bu barədə Amerikanın "Axios" internet portalı xəbər verib.
Şirkət nümayəndələri jurnalistlərə bildiriblər ki, onlar ABŞ-də keçiriləcək prezident seçkilərində namizədlər üçün bərabər imkanların təmin edilməsi üçün bunu etmək niyyətindədirlər.