İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün - 13 iyulda səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Mia.az FHN-ə istinadla bildrir ki, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub: "Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir".
İyulu 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 3 nəfər dənizdə batıb.
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.