Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə bitəcəyini gözləmədiyini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinin buraxılış mərasimində çıxışında Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibənin təxminən iki il yarımdır davam etdiyini xatırladıb.
"Tərəflərdən heç birinin digəri üzərində tam üstünlük əldə edə bilməyəcəyi münaqişə əhəmiyyətli itkilərə və dağıntılara səbəb olur. Təəssüflə etiraf edirəm ki, münaqişənin yaxın gələcəkdə başa çatması üçün güclü iradə yoxdur", - Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə münaqişəni dayandırmaq üçün mümkün olan hər şeyi edir.
Müəllif: Teleqraf.com